hia.az
hia.az

Yaponiya Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etdi

107 dəfə baxılıb 28-02-2023, 14:57

Yaponiya Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etdi


Yaponiya hakimiyyəti Rusiya Federasiyası müdafiə nazirinin müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Viktor Qoremykinə qarşı sanksiyalar elan edib.

Bu barədə Yaponiya xarici işlər nazirliyi məlumat yayıb.

Sanksiyalar "Kalaşnikov" konserninin prezidenti Alan Luşnikov və Rusiya prezident administrasiyasının bir sıra yüksək rütbəli məmurlarına da şamil edilib.

Onların arasında Rusiya prezidentinin Dövlət Şurasının fəaliyyətinin təmin edilməsi şöbəsinin müdiri Aleksandr Xariçev və Boris Rapoport da var.

Bundan əlavə, Tokio Rusiyanın işğal etdiyi Xerson vilayətinin, LXR və DXR administrasiyalarından doqquz nəfərin aktivlərini dondurub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi