hia.az

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

29 dəfə baxılıb 14-02-2026, 14:10

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib


2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.

Bu barədə bu gün Müdafiə Nazirliyinin 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib.

Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi