hia.az

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

34 dəfə baxılıb 14-02-2026, 15:12

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

Ukrayna növbəti həftə Cenevrədə ABŞ-Ukrayna-Rusiya arasında keçiriləcək üçtərəfli görüşün uğurlu olacağına ümid edir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

“Biz həqiqətən də ümid edirik ki, növbəti həftə keçiriləcək üçtərəfli görüşlər ciddi, mənalı və hamımız üçün faydalı olacaq. Amma açıq danışsaq, bəzən elə görünür ki, tərəflər tamamilə fərqli məsələlərdən danışırlar”, - Zelenski bildirib.

O, güzəştlərin təktərəfli olmasının qəbuledilməz olduğunu vurğulayıb.

“Amerikalılar tez-tez güzəşt məsələsinə toxunurlar. Tez-tez bu güzəştlər yalnız Ukraynanın hansı güzəştə gedəcəyi kontekstdə müzakirə olunur, Rusiyanın yox. Avropa praktiki olaraq masada deyil. Bu mənim nəzərimcə, böyük səhvdir. Biz ukraynalılar çalışırıq ki, avropalılar prosesə daxil olsun. Beləliklə, Avropanın maraqları və fikirləri nəzərə alınsın”,- Ukrayna prezidenti qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi