hia.az

Rəsmi Ankara: İran-ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir

20 dəfə baxılıb 14-02-2026, 11:58

Rəsmi Ankara: İran-ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir

İran və ABŞ arasında aparılan danışıqların İstanbulda deyil, Omanda keçirilməsi Türkiyəni narahat etmir.

Bu fikirləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran səsləndirib.

O bildirib ki, əsas məsələ Türkiyənin bu prosesin içində nə dərəcədə aktiv rol oynamağıdır. Həm İranla, həm də digər tərəflərlə aparılan təmaslar baxımından bunun vacib olduğunu vurğulayıb.

“Danışıqlar başqa ölkələrdə keçirilsə belə, diplomatik yollarla bu görüşlərin baş tutmasının tərəfdarıyıq. Əsas məsələ bizim bu prosesin içində nə dərəcədə aktiv rol oynamağımızdır. Həm İranla, həm də digər tərəflərlə aparılan təmaslar baxımından bu çox vacibdir. Türkiyə yalnız ABŞ ilə İran arasında deyil, ümumilikdə regional balans və maraqlar çərçivəsində də fəal mövqe tutur”, – deyə Burhanəddin Duran qeyd edib.(Apa)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi