hia.az

Prezident: Çinlə münasibətlərin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir

29 dəfə baxılıb 17-02-2026, 10:55

Prezident: Çinlə münasibətlərin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir

Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir.

Bu barədə Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda bildirilib.

"Şübhəsiz ki, siyasi dialoqumuzun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərin daha sürətli inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Əminəm ki, Azərbaycan-Çin ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da güclənəcəkdir", - məktubda vurğulanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi