hia.az

Kiyevdə partlayış törətməkdə ittiham olunan 2 nəfər saxlanılıb

31 dəfə baxılıb 16-02-2026, 16:46

Kiyevdə partlayış törətməkdə ittiham olunan 2 nəfər saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti fevralın 11-də Kiyevin mərkəzi küçələrindən birində, qurumun obyektlərindən birinin yaxınlığında baş vermiş avtomobil partlayışı ilə bağlı iki nəfəri saxlayıb.

Bu barədə Ukrayna polisi məlumat yayıb.

İstintaqın versiyasına görə, saxlanılan şəxslər partlayışı Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçiriblər.

Məlumata görə, sifarişin icrasında Ukrayna Silahlı Qüvvələrinin 47 yaşlı hərbi qulluqçusu da iştirak edib. O, Sumı vilayətində xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib və daha sonra Ukraynanın qərb bölgələrində gizlənib.

İstintaq materiallarına görə, saxlanılan iki nəfər partlayıcı qurğunu yaralı hərbçilərin daşınması üçün təchiz edilmiş furqona yerləşdiriblər. Faktla bağlı araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi