hia.az

DYP: Yük avtomobillərinin iştirakı ilə baş verən avto qəzaların artması ciddi narahatlıq doğurur

33 dəfə baxılıb 17-02-2026, 08:40

DYP: Yük avtomobillərinin iştirakı ilə baş verən avto qəzaların artması ciddi narahatlıq doğurur

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə çağırış edib.

Müraciətdə yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən xətaların ciddi narahatlıq doğurduğu bildirilib.

Qeyd olunub ki, sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi kimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır:

"Nasaz avtomobillərin istismarı, avtomobilin yorğun, yuxusuz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol kənarında qanunsuz parklanma halları da yük avtomobillərinin sürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır".

Mürciətdə vurğulanıb ki, avtomagistrallarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə qayda pozuntuları səbəbindən baş verir:

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə müraciət edərək, onları sadalanan qayda pozuntularından çəkinməyə, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa, yüksək peşəkarlıq nümunəsi göstərməklə sürücülük mədəniyyətinə töhfə verməyə çağırır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi