hia.az

Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək

28 dəfə baxılıb 17-02-2026, 10:14

Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.

Bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edək ki, "Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi