hia.az
hia.az

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vəsaitlərin yerləşdirilməsi üzrə banklar arasında müsabiqə elan edib

16 dəfə baxılıb 14-02-2026, 11:26

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) pul vəsaitlərinin milli valyuta və ABŞ dollarında kommersiya banklarının depozitlərində yerləşdirilməsi üzrə hərrac elan edib.

Bu barədə fondun məlumatında qeyd edilib.

Məlumata əsasən, fond 150 milyon qırğız somu və yaxud 1,7 milyon ABŞ dolları məbləğində vəsaiti iki lot üzrə yerləşdirməyi planlaşdırır: 9 ay müddətinə 100 milyon qırğız somu və yaxud 1,1 milyon ABŞ dolları və 12 ay müddətinə 50 milyon qırğız somu. Hər iki lot üzrə start faiz dərəcəsi illik 11 % səviyyəsində müəyyən edilib.

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 3 milyon ABŞ dolları hərraca çıxarıb - hər biri 1 milyon ABŞ dolları olmaqla üç lot, 12 ay müddətinə və illik 4 % başlanğıc faiz dərəcəsi ilə.

Hərracın nəticələrinin təsdiqlənməsi müddəti 19 fevral 2026-cı ilədək müəyyən edilib.

AQİF 2022-ci ildə Azərbaycan və Qırğızıstan hökumətləri arasında imzalanmış saziş əsasında iqtisadi əməkdaşlığı dəstəkləmək və Qırğızıstanda layihələri həyata keçirmək üçün yaradılıb. Fondun nizamnamə kapitalı 100 milyon ABŞ dollarına qədər artırılıb. Fond 5-7 illik müddətə 200 min ABŞ dollarından 20 milyon ABŞ dollarına qədər olan layihələrə investisiya yatırır. Fondun qərargahı Bişkekdə yerləşir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi