hia.az
hia.az

Bu gün Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaq

0 dəfə baxılıb Bu gün, 08:11

Bu gün Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 7 saylı hava xəttində təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndi ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Həmçinin Lənkəran EŞ ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 6 saylı şəhər xətti boyunca ağac budanması və təmir işləri aparılacaq. Buna görə də saat 10:00-dan 13:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Balaməmməd, Məhəmməd Əmin Rəsulzadə, Şirəli Axundov, Sahil küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Lerik EŞ ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan "Hamarat" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Biləsər, Hamarat, Rvarud, Siyov, Veri kənlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi