hia.az

“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” - Qurban Qurbanov - Video

34 dəfə baxılıb 17-02-2026, 16:49

“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” - Qurban Qurbanov - Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Qurban Qurbanov bu barədə oyunöncəsi mətbuat konfrasında danışıb.

“Çempionlar Liqasının pley-off mərhələsində oynamaq Azərbaycan tarixində bir ilkdir. “Nyukasl” köklü klubdur, dünyanın bir nömrəli liqasından gəlmiş komandadır. Oyuna hazırlaşmaq üçün vaxtımız az idi. Amma kənardan futbolçularımın hazırlığına, oyun haqqında fikirlərinə diqqət edirəm. Görürəm ki, çox məsuliyyətli və həyəcanlıdırlar. Bu mənə bir az inam verir. Rəqibə baxmışıq, bəlkə də bizə uyğun olmayan bir oyun stili var.

Məncə, digər komandalar da onlara qarşı oynamaq istəməzlər. Buna baxmayaraq doğma meydanımızda yaxşı mübarizə aparmağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. Fiziki cəhətdən güclüdürlər və sürətli futbol oynayırlar”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi