hia.az
hia.az

İran televiziyası şərhçiyə türkcə danışmağa icazə vermədi - VİDEO

85 dəfə baxılıb 11-02-2023, 14:41

İran televiziyası şərhçiyə türkcə danışmağa icazə vermədi - VİDEO

İran çempionatının 19-cu turu çərçivəsində Təbrizin “Traktor” klubu ilə Tehranın “Həvadar” komandasının qarşılaşması zamanı güneyli idman müxbirinin türkcə danışmasına icazə verilməyib.

Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Tanınmış Güney azərbaycanlı aparıcı və şərhçi Məhəmməd Rəcəbi zəlzələ ilə bağlı yaranmış faciəvi şəraitə görə türkcə danışmaq istəsə də, buna icazə verilmədiyini deyib.

“İndi fasilədən istifadə edib sizinlə türkcə danışıram. Qəhrəman millətimizə demək istəyirəm ki, əl-ələ verib zəlzələdə dağılan evlərimizi yenidən tikəcəyik”, - deyə Rəcəbi vurğulayıb.


Modern.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi