hia.az
hia.az

İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar

82 dəfə baxılıb 11-10-2023, 11:31

İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar


HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Vəfat edən azərbaycanlıların kimliyi məlumdur:

Şamil Abbasov - İsrail vətəndaşı;

Emin Axundov - İsrail vətəndaşı;

Roman Qandel - İsrail vətəndaşı;

Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail).

Bildirilir ki, vəfat edənlərdən Elkin Nəzərov İsrailin Kiryat Yam şəhərində dəfn edilib.

Qeyd edək ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.(“Qafqazinfo”)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi