hia.az
hia.az

Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşüb

22 dəfə baxılıb 13-10-2025, 17:57

Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşüb

Oktyabrın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada dörd Xəzəryanı dövlətin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə illik görüşü keçirib.

Görüşdə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov da iştirak ediblər.

Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı dövlətlər arasında sammitə və yüksək səviyyəli görüşlərə hazırlıqla bağlı geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi