hia.az
hia.az

Zelenski Ukrayna nümayəndə heyətinin ABŞ-yə yenidən səfər edəcəyini açıqlayıb

82 dəfə baxılıb 10-10-2025, 17:57

Zelenski Ukrayna nümayəndə heyətinin ABŞ-yə yenidən səfər edəcəyini açıqlayıb

 
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin nümayəndə heyətinin Vaşinqtona növbəti dəfə səfər edəcəyini açıqlayıb.

Siyasətçi bu barədə teleqram kanalında yazıb.

"Nümayəndə heyətimizin Birləşmiş Ştatlara səfərinə hazırlıq aparırıq. Nümayəndə heyətində Ukrayna Baş naziri, Ofisin rəhbəri, sanksiya siyasəti üzrə müvəkkil, eləcə də Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndələri təmsil olunacaq. Görüşlərin planını formalaşdırırıq", - o yazıb.

Zelenski qeyd edib ki, Ukrayna tərəfi ABŞ-yə müdafiə sahəsində hər iki ölkəni gücləndirə biləcək bir neçə saziş təklif edib.

"ABŞ ilə bu razılaşmalar üzrə dialoqumuzu daha məzmunlu etməliyik", - o vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi