hia.az

Ədliyyə orqanlarına qəbulla bağlı müsabiqənin ikinci mərhələsi başlayır

92 dəfə baxılıb 13-10-2025, 17:08

Ədliyyə orqanlarına qəbulla bağlı müsabiqənin ikinci mərhələsi başlayır

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı iyulun 13-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır.

Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqə Komissiyası bildirir ki, həmin şəxslərin sənədləri toplanılaraq yoxlanılıb. Oktyabrın 17-dən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə bu mərhələdə söhbət keçirilməsinə başlanılacaq.

Söhbət Nazirliyin inzibati binasında (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 1) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlər qulluğa qəbul olunacaqlar.

Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi