hia.az
hia.az

G7 səfirləri Rusiyanın Ukraynaya zərbələrinə görə təcili görüşə toplaşıblar

55 dəfə baxılıb 10-10-2025, 14:24

G7 səfirləri Rusiyanın Ukraynaya zərbələrinə görə təcili görüşə toplaşıblar

Bu gün G7 ölkələrinin səfirləri Rusiyanın Ukraynanın enerji və mülki infrastrukturuna hücumları fonunda dəstək tədbirlərinin müzakirəsi üçün Ukraynanın enerji naziri Svetlana Qrinçuk və enerji sektorunun nümayəndələri ilə təcili görüş keçiriblər.

Bu barədə Ukraynadakı G7 ölkələri səfirlər qrupunun sədrliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Görüşdə "Naftoqaz Ukrayna", "Ukrqenerqo", "Enerqoatom" şirkətlərinin nümayəndələri iştirak ediblər.

Məlumata görə, onlar enerji və mülki infrastruktura Rusiyanın hücumlarını, Ukraynanın sonrakı zərbələrə qarşı mübarizəsində aktual ehtiyaclarının həllini və ona dəstəyi müzakirə ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi