hia.az

Azərbaycanlılar artıq Türkiyədə “əcnəbi” sayılmayacaq

81 dəfə baxılıb 13-10-2025, 10:44

Azərbaycanlılar artıq Türkiyədə “əcnəbi” sayılmayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türksoylu əcnəbilərin hüquqi statusuna dair mühüm sərəncam imzalayıb.

Yeni sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan vətəndaşları artıq Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.

Beləliklə, türksoylular həm dövlət, həm də özəl müəssisələrdə daha rahat şəkildə işləyə biləcəklər.

Qərar 2527 saylı Qanun çərçivəsində qəbul olunub və iş icazəsi prosedurlarında ciddi sadələşmə yaradır.

Yeni qaydalara əsasən, türksoylular Türkiyədə “əcnəbi” hesab edilməyəcək, bu da onların sosial və iqtisadi həyatda yerli vətəndaşlarla eyni şərtlərdə fəaliyyət göstərməsinə imkan verəcək.

Ekspertlər bu qərarın Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və əmək bazarının inteqrasiyasına mühüm töhfə verəcəyini bildirirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi