hia.az
hia.az

Avstriya İsrailin çıxarılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək

44 dəfə baxılıb 11-10-2025, 08:07

Avstriya İsrailin çıxarılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək

Avstriya İsrailin kənarlaşdırılacağı təqdirdə 2026-cı il “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etməyəcəyini açıqlayıb.

Belə bəyanatla kansler Kristian Stoker çıxış edib.

Qeyd edək ki, ötən il “JJ” kimi tanınan Yohannes Picin ifa etdiyi “Wasted Love” adlı mahnı ilə qalib gələn Avstriya, növbəti müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı.

Qeyd edək ki, analoji mövqe Almaniyadan da gəlib. Belə ki, kansler Fridrix Merz keçən bazar ertəsi etdiyi açıqlamada, İsrailin müsabiqənin bir parçası olduğunu müdafiə edib və onun müsabiqədən kənarlaşdırılmasının müzakirə olunmasını belə qalmaqal adlandırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi