hia.az
hia.az

DYP sürücülərə müraciət edib

23 dəfə baxılıb 11-10-2025, 08:59

DYP sürücülərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb

"Hazırda ölkə ərazisində küləklə müşahidə olunan əlverişsiz hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır.

Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Bununla yanaşı, küləkli, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, bu tip nəqliyyat vasitələrinin sürücülərindən xüsusilə ehtiyatlı olmağı xahiş edirik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi