hia.az
hia.az

Qəbələ və Bakının iki rayonunda qaz olmayacaq

81 dəfə baxılıb 14-10-2025, 08:45

Qəbələ və Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının Yasamal və Nizami, həmçinin Qəbələ rayonlarının qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində və Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə oktyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu üzrə Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T. Xəlil, M. İbrahimov, M.Muxtarov, İçərişəhər küçələrinin və Azərbaycan prospektinin, Nəsimi rayonu üzrə isə S. Əsgərova, C.Məmmədquluzadə, S.Rüstəm, R.Behbudov, Ş.Əzizbəyov, S.Rəhimov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin "Qaz İxrac" İdarəsinə məxsus "Qəbələ QPS qaz kəməri qolu"nun 14-cü km hissəsinin yenidən qurulması və yeni çəkilmiş kəmərin qaz nəqli sisteminə qoşulması səbəbindən saat 08:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Qəbələ rayonunun qaz təchizatı müvəqqəti dayandırılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi