hia.az
hia.az

"Biz deyəndə ki, azərbaycanlılar İrəvana girəcək..." - Ermənistanda etiraz

223 dəfə baxılıb 22-02-2022, 17:37

"Biz deyəndə ki, azərbaycanlılar İrəvana girəcək..." - Ermənistanda etiraz

İrəvanda Avronest Parlament Assambleyasının komissiyalarının iclasları davam edir.

Parlamentinsesi.az xəbər verir ki, artıq 2 gündür ki, ermənilər azərbaycanlı deputatların İrəvana getməsinə etiraz edir.

Assambleyanın keçirildiyi kompleks qarşısında Azərbaycan nümayəndə heyəti əleyhinə növbəti etiraz aksiyası keşirilir.

Aksiya iştirakçıları "Türksüz Ermənistan, Nikol Ermənistansız" şüarları səsləndiriblər.

Əraziyə xeyli polis qüvvələri gəlib, polislə etirazçılar arasında gərgin vəziyyət yaranıb, etirazçılar polisə qarşı çıxmağa və hərbçiləri onlara qoşulmağa çağırıblar.

Etirazçı kütlə bildirib ki, Azərbaycan ordusu erməniləri Şuşada qırıb: "Onlar bizimkiləri Şuşada qırıb, indi də gəlib onları bizdən qoruyursan, ayıbdır, ayıb. Bura sizin vətəninizdir, nəvələrinizin vətənidir. Dərhal xalqın yanında olun, bir daha deyirəm, ayıbdır.

Biz deyəndə ki, azərbaycanlılar İrəvana girəcəklər, siz buna inanmadınız. Nə baş verdiyini gördünüzmü?".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi