hia.az
hia.az

Polşa prezidenti səs verən vətəndaşları “donuz” adlandırdı

76 dəfə baxılıb 20-10-2023, 13:10

Polşa prezidenti səs verən vətəndaşları “donuz” adlandırdı

Polşa Prezidenti Andjey Duda Polşa Xalq Respublikasının (PXR) mövcud olduğu dövrdə seçkilərdə səs verən vətəndaşları “donuz” adlandırıb.

O bu barədə ölkəsində bir neçə gün əvvəl keçirilən parlament seçkisinin nəticələri haqqında danışarkən deyib.

“Keçirilən son seçki göstərdi ki, ölkədə artıq demokratiya kök salıb, Polşa isə 1989-cu ildən bəri çox yetkinləşib”, - deyə Andjey Duda bildirib.

Onun sözlərinə görə, Polşa Xalq Respublikasının zamanı baş verənlərin absurdluğunu dərk edən vətəndaşlar seçkiyə getməyib, seçici fəallığı saxtakarlıq yolu ilə şişirilib, reallıqda isə seçki məntəqələri boş olub.
Polşa prezidenti söyləyib ki, bazar günü keçirilən seçkidə seçicilər səs vermək üçün növbəyə düzülüb və seçki məntəqələri bəzi hallarda iş saatlarını uzatmalı olublar.

Məlumat üçün əlavə edək ki, Polşada keçirilən parlament seçkisində hakim “Hüquq və Ədalət” partiyası 35,38 faiz səslə birinci yeri tutub. İkinci yeri 30,70% səs toplayan müxalif “Vətəndaş koalisiyası” tutub.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi