hia.az
hia.az

"İmzalanmış müvafiq sənədlərə görə tənqid olunuram" - Paşinyan

60 dəfə baxılıb 21-09-2023, 12:28

"İmzalanmış müvafiq sənədlərə görə tənqid olunuram" - Paşinyan

"Son zamanlar xarici və regional siyasət apararkən 1991-ci ilin dekabrında qəbul edilmiş Alma-Ata Bəyannaməsinə və Ermənistan Respublikası tərəfindən də imzalanmış müvafiq sənədlərə əsaslandığıma görə tez-tez tənqid olunuram".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının müstəqilliyinin 32-ci ildönümü münasibətilə müraciətində deyib.

Onun sözlərinə görə, çoxları birbaşa və dolayı yolla həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırır: "Problem ondadır ki, Alma-Ata Bəyannaməsi və onunla bağlı sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir və burada keçmiş SSRİ-nin 12 respublikasının, o cümlədən Ermənistan Respublikasının müstəqilliyinin siyasi və hüquqi əsasları qeyd olunur.

Bu şərtlərin tam olması üçün sülh, yəni münaqişəsiz bir mühit lazımdır. Sülh müstəqillik və suverenliklə bərabər təhlükəsizliyi təmin edən amildir.

Çoxları hesab edir ki, bu gərgin regional şəraitdə, vaxtaşırı hərbi toqquşmalar fonunda sülhdən danışmaq adekvat deyil. Amma bundan da artıq bu şəraitdə sülhə dəyər verilməli, sülhü atəşkəslə qarışdırmaq olmaz".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi