hia.az
hia.az

“Kişi ikinci dəfə evlənirsə, günahkar birinci xanımıdır”

125 dəfə baxılıb 5-11-2022, 17:18

“Kişi ikinci dəfə evlənirsə, günahkar birinci xanımıdır”


“Bəzən qınayırlar ki, niyə kişi ikinci dəfə ailə qurur. Qadının bilmək olmaz həyatında nə olacaq. İnsan ikinci dəfə evlənib, o sevgini tapırsa, ona heç kim nəsə deyə bilməz. Bir kişinin ikinci evliliyini istəmirlərsə, məncə, həyat yoldaşlarına daha çox sevgi göstərməyi, əsl qadın olmağı bacarsınlar. Kişi çalışmasın ki, ikinci dəfə ailə qursun”.

Bu sözləri “MTV Magazin”ə açıqlamasında müğənnİ Şəbnəm Tovuzlu deyib.

O, müzakirə yaradacaq fikirlərinə davam edib:

“Kişilər hər zaman sığal, nəvaziş, bir yeməyi qarşı-qarşıya ləzzətlə yeməyi istəyir. Kişi ailəsinin gələcəyini düşünə bilər. Amma əvvəlcə özünü sevir. Kişi ikinci dəfə ailə qurursa, bunun səbəbkarı ikinci qadın deyil, birinci xanımıdır. Qadın özü qadın olsun ki, kişi bu addımı atmasın. Nə qədər güclü qadın olsa da, kişini yanında məcbur saxlaya bilməz. Demək ki, kişi sevir və qərarını verir, bu addımı atır. Burda kimsə kimsəni günahkar görməsin. Həyatda 99 faiz kişilər belədir. Haradasa bir hissə var ki, ailəsinə sona qədər sadiq olur. Bəzən qınayırlar ki, niyə ikinci dəfə ailə qurdu. Bir kişi sevib, addım atdısa, əlini masaya vurdusa, onun qərarını kimsə dəyişə bilməz”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi