hia.az
hia.az

Nazir tədris müddətinin artırılmasını təklif edir

90 dəfə baxılıb 27-07-2022, 16:41

Nazir tədris müddətinin artırılmasını təklif edir


Təhsilin keyfiyyətinə təsir edən əsas amil təhsil günlərinin sayıdır. Bir sıra ölkələrdə təhsil həftələrinin sayı təxminən 42-44 həftədir, Azərbaycanda isə bu müddət 36 həftədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir hesab edir ki, təhsil müddətinin artırılması yaxşı olardı. "Təhsil işçisi olaraq hesab edirəm ki, bu müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır. Tədris müddətinin iyunun 14-ə kimi uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Bunun insan sağlamlığına vura biləcəyi zərərlə bağlı ciddi miflər mövcuddur. Oxumaqdan bu günə kimi kiməsə ciddi ziyan gəlməyib. Bu narahatlıqların elmi əsası yoxdur. Uşaq nə qədər təhsillə çox məşğul olsa gələcəyi yaxşı olar", - deyə nazir əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi