hia.az
hia.az

Litva Prezidentinin Bakıda qarşılanma mərasimi oldu

218 dəfə baxılıb 18-05-2022, 13:25

Litva Prezidentinin Bakıda qarşılanma mərasimi oldu


Azərbaycan Respublikasına rəsmi səfərə gələn Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Litva Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Litva Respublikasının Prezidentinə raport verdi.

Prezident Gitanas Nauseda Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Litva Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın qarşısından keçdi.

Azərbaycan nümayəndə heyəti Litva Prezidentinə, Litva nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi