hia.az
hia.az

Birgə Sərhəd Komissiyası YARADILACAQ

206 dəfə baxılıb 7-04-2022, 12:38

Birgə Sərhəd Komissiyası YARADILACAQ


Azərbaycan və Ermənistan aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması barədə razılığa gəliblər.

Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün yekunları üzrə yaydığı bəyanatda deyilir.

“Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası;

sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək”, - deyə bəyanatda bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi