hia.az
hia.az

"Navainin Azərbaycana girişinə qadağa qoyulsun" - Xəyyam Nisanov

252 dəfə baxılıb 2-02-2022, 19:25

"Navainin Azərbaycana girişinə qadağa qoyulsun" - Xəyyam Nisanov

Xəbər verdiyimiz kimi, Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navainin (Nəvai Bəkirov) Bakının ünvanına nalayiq ifadə işlətdiyi videosu yayılıb.

Reperin bu görüntüsü sosial şəbəkədə qınaq obyektinə çevrilib. Müğənni Xəyyam Nisanov da sözügedən görüntülərə münasibət bildirib.

Əməkdar artist Navainin videosunu paylaşaraq, reperin Azərbaycana girişinə qadağa qoyulmasını istəyib:

"Bu, artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay vətən xaini! Bizim analarımızı, bacılarımızı, xanımlarımızı, ölkəni bu cür adlandırıb, bunu bütün dünyaya paylaşıb, sonra üzr istəmək - bu bəs edir ki?! Xeyr, etmir... Bunu ilk olaraq bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Sənin kimi xainlər cavab verməlidir. Ona görə də bizim dövlət başçısından rica edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, bütün xalqımız bu fikrə dəstək olacaq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi