hia.az
hia.az

COVID-19 xəstələrinin karantin götürülmə qaydası dəyişdi - Baş nazirdən QƏRAR

225 dəfə baxılıb 22-01-2022, 19:10

COVID-19 xəstələrinin karantin götürülmə qaydası dəyişdi - Baş nazirdən QƏRAR

COVID-19 xəstələrinin karantin nəzarətinə götürülməsi qaydası dəyişib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”na dəyişiklik edilib. Qərara əsasən, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.

Qərar yanvarın 24-dən qüvvəyə minir.

Qeyd edək ki, əvvəlki qaydaya görə yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi