hia.az
hia.az

Prezidentdən azad olunan ərazilərdəki məscidlərlə bağlı AÇIQLAMA

251 dəfə baxılıb 18-01-2022, 17:56

Prezidentdən azad olunan ərazilərdəki məscidlərlə bağlı AÇIQLAMA

“Azad edilmiş torpaqlarda hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.

“Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Ağdam şəhərinin məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Zəngilan şəhərinin məscidi də həmçinin.

Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir. Əminəm ki, digər layihələrdə də fəal iştirak edəcək”, - dövlət başçısı vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi