hia.az
hia.az

Azərbaycanda karantin sərtləşdirilə bilər? - AÇIQLAMA

253 dəfə baxılıb 11-01-2022, 13:43

Azərbaycanda karantin sərtləşdirilə bilər? - AÇIQLAMA

"Bir müddət əvvəl koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olmuşdu".

Bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu, o zaman dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, sonradan qlobal bazalarda bu təsirlər uzun müddətli olmadı və genişmiqyaslı qapanma qərarları verilmədi:

"Qlobal iqtisadiyyat da artıq fərqli növ virusların “kəşfinə” adaptasiya olub və “iqtisadi immunitet” yaranıb. Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, epidemioloji vəziyyətdən asılı olaraq qərarlar verilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılmaların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər. Buna görə də, iqtisadiyyatdakı mövcud artım tempinin qorunub saxlanması üçün sərt karantın tədbirlərinin yenidən tətbiqi məqsədəuyğun deyil".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi