hia.az
hia.az

Tünzalə Ağayeva məhkum qadınla duet oxuyacaq

91 dəfə baxılıb 29-11-2023, 05:19

Tünzalə Ağayeva məhkum qadınla duet oxuyacaq

"Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin ulduz səfiri seçilən xalq artisti Tünzalə Ağayeva ilk dəfə olaraq məhkum qadınlar arasında SƏS müsabiqəsi keçirəcək.

Birliyin sədri Firuzə Cəlilova sənətçiyə mahnılarından birinin birliyin himni üçün seçməsini təklif edib.

T.Ağayeva bu təklifi qəbul edib və himn olaraq seçiləcək mahnını məhkum qadınlardan biri ilə duet oxuyacağını bildirib. Fikir çox bəyənilib, dərhal hazırlıqlar başlayıb.

Xalq artisti hazırda məhkum qadınlar arasında ona lazım olan səsi tapmaq üçün seçim aparır.

Qeyd edək ki, məhkum qadınlarla ünsiyyətdə müəyyən məhdudiyyətlər olduğu üçün seçim videoformatda aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi