hia.az
hia.az

“Kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur”

49 dəfə baxılıb 28-11-2023, 10:55

“Kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur”

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində 6 minə yaxın müəssisə var. Qısa müddətdə bu müəssisələrin hamısında kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur”.

Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

“Arzularımız və resurslarımızın üst-üstə düşməməsi məsələsi var. Arzumuz odur ki, bütün müəssisələrimizdə kamera olsun. “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə kamera quraşdırılıb. Bu il Gəncə və Lənkəran şəhərləri də bu layihəyə qoşulacaq. Həmin regionların məktəblərində də kameraların quraşdırılmasına başlanılacaq”,- agentliyin direktoru bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi