hia.az
hia.az

Anasının bişirdiyi yeməyi istəməyən uşaq qaynar xəttə yığdı

81 dəfə baxılıb 17-11-2023, 11:44

Anasının bişirdiyi yeməyi istəməyən uşaq qaynar xəttə yığdı

Anasının bişirdiyi yeməyi yemək istəməyən uşaq "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə zəng edib.

Bu barədə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda məlumat verib.

Onun sözlərinə görə, "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə ağır zorakılıq halları ilə yanaşı, kiçik uşaqların da maraqlı müraciətləri olur:

"Hətta riyaziyyat məsələsinin həlli üçün xidmətdən kömək istəyən uşaq da olub. Eyni zamanda 4, 5 və 6 yaşlı uşaqlar belə müraciət edirlər. Deyirlər ki, anam hansısa yeməyi mənim üçün hazırlayıb, amma mən onu yemək istəmirəm və s. bu kimi maraqlı müraciətlər də olur".(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi