hia.az
hia.az

Deputat universitetlərin paytaxtdan kənara köçürülməsini təklif etdi

21 dəfə baxılıb 14-11-2023, 12:22

Deputat universitetlərin paytaxtdan kənara köçürülməsini təklif etdi

“Gələn ilin sentyabrından avtomobillərin utilizasiyası məsələsinin həllini tapması gözlənilir. Çünki ölkəmizdəki avtomobillərin 80 %-nin istismar müddəti bitib”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, bu, kütləvi məsələ olduğundan ədalətli həll üçün mexanizm yaradılmalıdır.

Deputat tıxac probleminə də toxunub: “Bakı şəhərinin mərkəzində tıxaclar əsas problemdir. Buna yol açan problemlərdən biri şəhərin mərkəzi hissəsində universitetlərin, dövlət obyektlərinin olmasıdır. Gələn ilin büdcəsində həmin universitetlərin şəhərin kənarına köçürülməsinə baxmalıyıq. Pedaqoji Universitetinin Şəki filialı fəaliyyət göstərir. Şəki o regionun mərkəzi şəhəridir. Pedaqoji Universitetin Şəki filialı tam müstəqil universitet olmağa hazırdır. Gələcəkdə bu məsələyə baxılması çox vacibdir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi