hia.az
hia.az

Ermənistanın Britaniyadakı səfriliyi yeni binaya köçdü - FOTOLAR

68 dəfə baxılıb 14-11-2023, 10:06

Ermənistanın Britaniyadakı səfriliyi yeni binaya köçdü - FOTOLAR

Ermənistanın Böyük Britaniyadakı səfirliyinin yeni binasının rəsmi açılış mərasimi keçirilib.

Tədbir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində noyabrın 13-də baş tutub.

Açılış mərasimində Böyük Britaniya hökuməti adından dövlət biznes və ticarət naziri Timiti Minto iştirak edib.

“Bu səfirlik xalqlarımız arasında dostluq və əməkdaşlıq mayasıdır və bu bina təkcə hökumətlərimizi deyil, həm də iqtisadiyyatımızı, mədəniyyətimizi və xalqlarımızı birləşdirən körpüdür. Bu gün lenti kəsərək biz nəinki binanın açılışını elan edirik, həm də əlaqələrimizin dərinləşməsi üçün yeni təməl qoyuruq. Biz siyasi dialoqumuzun, iqtisadi və mədəni əlaqələrimizin dərinləşməsinə sadiq olduğumuzu təsdiq edirik”, - Mirzoyan bildirib.

Ermənistan səfirliyi Londonun tam mərkəzində yerləşən binada fəaliyyət göstərəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi