hia.az
hia.az

Azərbaycanda ən çox hansı sosial şəbəkələrdən istifadə edilir...

42 dəfə baxılıb 13-11-2023, 08:52

Azərbaycanda ən çox hansı sosial şəbəkələrdən istifadə edilir...

"Statcounter" 2023-cü ilin oktyabr ayında ölkələrin sosial media bazarı ilə bağlı məlumatları açıqlayıb.

Azərbaycanda ötən ay ən çox istifadə edilən sosial media platforması "Instagram" olub.

Belə ki, Azərbaycanın sosial media bazarının 45.05%-ni "Instagram", 18.17%-ni "Facebook", 18.07%-ni "Pinterest", 10.12%-ni "YouTube", 6.03%-ni isə "Twitter" tutub.

Ötən ilin oktyabr ayı ilə müqayisədə ölkəmizdə "Facebook" istifadə edənlərin sayında azalma müşahidə edilib. 2022-ci ilin eyni ayında Azərbaycanda "Facebook" istifadə edənlərin sayı 29.83% olub.

"Instagram" istifadə edənlərin sayı isə 2 dəfədən çox artıb. Belə ki, ötən il Azərbaycanın sosial media bazarının 17.36%-ini "Instagram" tuturdusa, bu il bu rəqən 45%-ə qalxıb. "YoutTube" istifadə edənlərin sayında da azalma qeydə alınıb.

Yeri gəlmişkən, "Statcounter" platformasında "TikTok" istifadə edənlərin sayı barədə məlumat verilmir. Amma digər statistika xidmətlərinin məlumatına görə, Azərbaycanda "TikTok" sosial şəbəkəsi sosial media bazarının böyük hissəsini əhatə edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi