hia.az
hia.az

Şuşadakı qəzada ölən Şahbaz müharibə iştirakçısı imiş - Foto

36 dəfə baxılıb 7-11-2023, 10:44

Şuşadakı qəzada ölən Şahbaz müharibə iştirakçısı imiş - Foto

Xəbər verdiyimiz kimi, Şuşa rayonunun Daşaltı kəndi ərazisində tikinti şirkəti əməkdaşlarının olduğu avtomobilin aşaraq yanması nəticəsində 5 nəfər həyatını itirib.

Qəzaya uğrayan “Nissan Navara” markalı avtomobildə ölən şəxslərdən biri Vətən müharibəsi iştirakçısı imiş. Şahbaz İsayev müharibəsən sonra Şuşanın, Cəbrayılın, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Qeyd edək ki, hadisə gecə saatlarında işçilər ərazidən qayıdarkən baş verib.

Avtomobilin aşdıqdan sonra yanması nəticəsində Ş.İsayevlə yanaşı iş yoldaşları Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Eldəniz Həsənov və Hümbət Hümbətov hadisə yerində ölüb. Sürücü Elvin Abbasov isə ağır xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi