hia.az
hia.az

“Sən kimsən, kimi kimin torpağından qovarsan?” - Aygün Attardan SƏRT ETİRAZ

143 dəfə baxılıb 3-11-2023, 08:52

“Sən kimsən, kimi kimin torpağından qovarsan?” - Aygün Attardan SƏRT ETİRAZ


“Günlərdir ki, Azərbaycana qarşı ən ağır təhqirlərlə dolu təkəbbürlü insanların postlarını görürəm. Mən sizi sorğu-sual etmirəm, amma kobudluğun, həyasızlığın da həddi var”.

Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Prof. Dr. Aygün Attar deyib.

Aygün Attar Türkiyə-Azərbaycan qardaşlığından (ifrat “solçulardan” tutmuş, din pərdəsi altında ən “sağ təəssübkeşlərə” qədər) narahat olan təbəqəyə cavab verib.

O, mikrofonlar önündə “Azərbaycanlıların ölkəmdə olmasını istəmirik” deyənlərə etiraz edərək, “Sən kimsən, kimi kimin torpağından qovarsan?” deyə təpki verib: “Türküstanın milli mücahidlərindən Mustafa Çokayın dediyi kimi, “Hər türkün iki vətəni var: Birincisi doğulduğu yer, ikincisi Türkiyə”. Ona görə də dünyadakı hər bir türkün vətəni Türkiyədir”.

A.Attar qeyd edib ki, müharibədə günahsız körpələrin öldürülməsi, Qərbin Qəzzada baş verənlərə ikiüzlü susqunluğu əksəriyyəti maraqlandırmır: “Azərbaycana iyrənc nəfəslə hücum edən rəzil zehniyyətlər, sizin probleminiz türklükdədir, Qəzza bəhanədir. Qəzzada şəhid olan müqəddəs ruhları Azərbaycana qarşı kin və nifrətinizə alət etməyin, utanın.
Sizin narahatlığınız Türkiyə ilə Azərbaycan arasında münasibətləri korlamaqdan və Azərbaycana qarşı ictimai narazılıq yaratmaqdan ibarətdir” deyən professor ancaq onların heç bir uğur qazana bilməyəcəklərini bildirib.

 ““Ürəyimiz Azərbaycandır, qəlbimiz Türkiyədir” deyənlərin sırasındayıq! Biz birlikdə daha güclüyük!”, - deyə Aygün Attar vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi