hia.az
hia.az

Dünyada donuz ürəyi köçürülən ikinci insan da öldü

81 dəfə baxılıb 1-11-2023, 13:48

Dünyada donuz ürəyi köçürülən ikinci insan da öldü

ABŞ-də dünyada donuz ürəyi köçürülən ikinci pasiyent olan 58 yaşlı Lorens Fosett dünyasını dəyişib.

Bu barədə məlumatı Merilend universitetinin tibb mərkəzi yayıb.

Məlumata görə, o, əməliyyatdan 6 həftə sonra vəfat edib.

Bildirilir ki, ürək çatışmazlığından əziyyət çəkən Lorensə genetik modifikasiya olunmuş donuz ürəyi sentyabrın 20-si köçürülmüşdü.

Universitet qeyd edib ki, əməliyyatdan sonra bir ay ərzində köçürülən ürək çox yaxşı işləyib. Fosettdə son günlər orqanizmin ürəyi rədd etməsi əlamətləri müşahidə edilib və son nəticədə o bu səbəbdən dünyasını dəyişib.

Xatırladaq ki, dünyada insana genetik modifikasiya edilmiş donuz ürəyinin köçürülməsi ilə bağlı ilk əməliyyat 2022-ci il yanvarın 7-si Baltimorda həyata keçirilib. Həmin şəxs 57 yaşlı Devid Bennet olub. Əməliyyatın uğurla keçməsinə baxmayaraq o, ötən ilin martında vəfat edib.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi