hia.az
hia.az

Fransa Afrikadan üzr istəmək əvəzinə aqressivləşir - ŞƏRH

69 dəfə baxılıb 8-08-2023, 14:27

Fransa Afrikadan üzr istəmək əvəzinə aqressivləşir - ŞƏRH

Paris heç cür ağıllanmaq istəmir. Bütün olanlardan dərs çıxarmaq əvəzinə, daha da azğınlaşır. Fransa Afrikadan qovulduqca aqressivləşir.

Neokolonial və radikal yanaşma təkcə Fransa hakimiyyətinə deyil, ölkədə müxalif siyasi dairələrin də beyninə sirayət edir. Heç də təəccüblü deyil.

Fransa Senatının sədrinin müavini Rocer Karuçi, Senatda “Respublikaçılar” siyasi qrupunun rəhbəri Bruno Retalyö, Senatın Müdafiə və xarici məsələlər komissiyasının sədri Kristian Kambon Prezident Emmanuel Makrona müraciət ediblər.

Onların məktubuna ümumilikdə parlamentin 94 üzvü imza atıb. Müraciətdə “Fransafrik” (Fransa-Afrika siyasəti) dövrünün bitməyə doğru getməsindən məyusluq ifadə edilir.

Bu məyusluq Çinin, ABŞ-nin, Rusiyanın Afrikada Fransa mövqelərinə “zərbə” endirməsi ilə müqayisəli şəkildə ifadə olunur.

Fransada neokolonial təfəkkürün izləri silinmir. Çünki Fransa tarix boyu müstəmləkəçilik siyasəti aparıb, başqa xalqları əzməklə, istismar etməklə özünə gün ağlayıb. Təbii sərvətləri talayıb, soyqırımı cinayətləri törədib. Bu, istər-istəməz Fransa siyasətinin müxtəlif qanadlarına təsir edir.

Halbuki, Fransa keçmişdəki hərəkətlərinə görə Afrikadan üzr istəməlidir.
Lakin o, keçmişin izlərini silib gələcəyə konstruktiv baxmaq əvəzinə qəddarlığı əsas tutur.

Fransa yağlı tikə kimi baxdığı regionların bir-bir əldən çıxmasını müşahidə edir. Ancaq özünün keçmişdəki qəddarlıqları, cinayətlərinin də aşkara çıxmasına baxaraq əsəb içərisində qıvrılır. Fransa artıq ifşa olunur, dünya arenasında biabır edilir. Hətta Qərbin özündə belə, Fransaya yuxarıdan aşağı baxırlar. Bu, Makron hakimiyyətinin uğursuz siyasətinin nəticəsidir.

Çünki Fransa Ukraynadakı müharibənin həllinə dəstək adı altında Rusiyanın dəyirmanına su tökür. Bu bəs edir ki, Qərbdə Fransanın üzünə xoş baxmasınlar.

Paris bunun paralelində Afrikada da itki ilə üzləşir. O, qisas almaq üçün müxtəlif üsullara əl atır. Fransadan hər şey gözləmək olar...


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi