hia.az
hia.az

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir

10 dəfə baxılıb 15-04-2026, 13:21

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir

Türkiyə ABŞ-İran müharibəsi fonunda əldə olunan atəşkəsin uzadılması üçün təklif və təşəbbüslər irəli sürür.

Bunu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisi (TBMM) qrup toplantısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Pakistanın ev sahibliyi ilə baş tutan ABŞ-İran danışıqlarında gözlənilən nəticə əldə edilməyib, Hörmüz boğazında gərginlik daha da artıb.

Ərdoğan əlavə edib ki, İkinci Dünya müharibəsinin qalibləri tərəfindən qurulan qlobal sistem dağılır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Ötən gecə, təxminən, hərbi əməliyyatların 40-cı günündə Pakistanın vasitəçiliyi ilə ABŞ və İsrail arasında ikihəftəlik atəşkəs razılaşması elan edilib. Tərəflərin şərtləri ilə bağlı aprelin 11-12-də İslamabadda baş tutan görüşdə razılıq əldə olunmayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi