hia.az

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib

21 dəfə baxılıb 15-04-2026, 07:59

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib


Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov TASS-a müsahibəsində bildirib.

"Bakı rusiyalılara Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən müraciəti ilə 2020-ci ildən bəri fərdi keçidlər üçün bağlanan "Astara" sərhəd keçid məntəqəsindən istifadə etmək imkanı verib", - diplomat qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Nəticədə Ali lider Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur öldürülüb. Bundan sonra "Astara" sərhəd keçid məntəqəsindən xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi başlayıb.

Martın 20-dək Rusiyanın azı 323 vətəndaşı da daxil olmaqla 75 ölkənin 2 000-dən çox vətəndaşı İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyə edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi