hia.az
hia.az

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

11 dəfə baxılıb 14-04-2026, 16:13

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

Azərbaycan alimentlə bağlı məhkəmə qərarlarının beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur.

Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihələrində əksini tapıb.

Qeyd edilib ki, hər iki məsələyə edilən dəyişikliklərin əsas mahiyyətini mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyalara yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentlə bağlı məhkəmə qərarlarının tanınması və icrası mexanizmi ilə bağlı məsələlər təşkil edir. Beləliklə, bu yeniliklər dövlətlər arasında hüquqi əməkdaşlığı gücləndirəcək, xüsusilə də uşaqların maddi təminatı ilə bağlı qərarların digər ölkələrdə daha asan və effektiv icrasına imkan yaradacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi