hia.az
hia.az

KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib

9 dəfə baxılıb 14-04-2026, 15:07

KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib

Kreml Rusiya prezidenti Vladimir Putinin reytinqinin aşağı düşməsindən ehtiyat edərək internet məhdudiyyətlərinə yanaşmasını yenidən nəzərdən keçirir.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Agentliyin mənbələrinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) daha sərt nəzarət üçün səyləri bəzi yüksək vəzifəli məmurları internetə girişin qadağan edilməsi ilə bağlı siyasi və iqtisadi risklər barədə xəbərdarlıq etməyə vadar edib.

Mənbə bildirib ki, bu, repressiv tədbirləri yavaşlada bilər və "Telegram"ın Rusiyada fəaliyyətini davam etdirməsinə imkan verə bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Bloomberg"in şərh istəyinə cavab verməyib.

"Forbes" nəşrinin mənbəyi iddia edir ki, hakimiyyət orqanları "Telegram"dakı bloklanmanı yumşaltmaq qərarına gəliblər.

Mənbənin sözlərinə görə, bu, ilin əvvəlindən vergi dəyişiklikləri, qiymətlərin artması və rabitə problemlərindən sonra yaranan gərginliyin azaldılmasına kömək edə bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi