hia.az

Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər

21 dəfə baxılıb 15-04-2026, 15:15

Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər


İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Hörmüz boğazında yeganə təhlükəsizlik problemi ABŞ və İsrailin İrana qarşı apardığı müharibədir.

İsmayıl Bəqayi Hörmüz boğazının təhlükəsizliyinin onilliklər boyu İran tərəfindən təmin olunduğuna diqqət çəkib və regionun işlərinə hər hansı kənar müdaxilənin vəziyyəti daha da mürəkkəbləşdirdiyini əlavə edib. Diplomatın sözlərinə görə, Avropa ölkələrinin bu məsələdə ayıq-sayıq olması, ABŞ və İsrailin “tələsi”nə düşməməsi sevindiricidir.

“İran sahil ölkəsi kimi region ölkələri ilə birlikdə Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər”, - o qeyd edib.

İran XİN sözçüsü bunun üçün şərtin ABŞ və İsrailin İrana qarşı müharibəsinə son qoyulmalı olduğunu vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi