hia.az

İsrail ordusu Livanın cənubunda müdafiə mövqelərini möhkəmləndirir

26 dəfə baxılıb 15-04-2026, 08:23

İsrail ordusu Livanın cənubunda müdafiə mövqelərini möhkəmləndirir

İsrail Müdafiə Qüvvələri Livanın cənub rayonlarında fəal əməliyyatlar həyata keçirir.

Bu barədə ordunun mətbuat xidməti bildirib.

"91-ci diviziyanın tərkibində fəaliyyət göstərən ordunun 8-ci briqadasının hərbi qulluqçuları Livanın cənubunda müdafiə xəttinin möhkəmləndirilməsi, eləcə də İsrailin şimal ərazilərinin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nöqtəvi yerüstü əməliyyatlar həyata keçirməyə davam edir", - məlumatda qeyd olunub.

Hərbi idarənin məlumatına görə, keçirilmiş əməliyyatlar çərçivəsində İsrail hərbçiləri İsrailin şimal hissəsinə yönəldilmiş raket buraxılış qurğusunu aşkar edib, həmçinin Livan radikal qruplaşması "Hizbullah" tərəfindən yəhudi dövlətinə zərbələrin hazırlanması üçün istifadə olunan tank əleyhinə raket kompleksləri və digər silah növləri müəyyən edilib.

Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında atəşkəs sazişinin əldə edilməsi məqsədilə sülh danışıqlarının başlama tarixinin müəyyənləşdirilməli olduğu Livan-İsrail təmaslarının ilkin raundu keçirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi