hia.az
hia.az

Konfrans Liqası: Azərbaycan təmsilçiləri bu gün cavab oyunlarını keçirəcəklər - AFİŞA

92 dəfə baxılıb 3-08-2023, 08:05

Konfrans Liqası: Azərbaycan təmsilçiləri bu gün cavab oyunlarını keçirəcəklər - AFİŞA


Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

Əvvəlcə meydana “Sabah” klubu çıxacaq. Murad Musayevin baş məşqçi olduğu kollektiv “Bank Respublika Arena”da Latviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

“Neftçi” və “Qəbələ”nin oyunları isə eyni saatda - 21:00-da start götürəcək. “Ağ-qaralar” Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi “Jelezniçar”la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.

“Qırmızı-qaralar” isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub - 2:3.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
3 avqust

20:00. “Sabah” (Azərbaycan) - RFŞ (Latviya)
Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun - 2:0
“Bank Respublika Arena”

21:00. “Neftçi” (Azərbaycan) - “Jelezniçar” (Bosniya və Herseqovina)
Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun - 2:2
8-ci km stadionu

21:00. “Omoniya” (Kipr) - “Qəbələ” (Azərbaycan)
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun - 3:2
Nikosiya, “GSP Arena”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi