hia.az
hia.az

Füzulidə zəncirvari yol qəzasında ölən üç nəfərin kimliyi məlum olub - YENİLƏNİB

2 dəfə baxılıb Bu gün, 08:39

Füzulidə zəncirvari yol qəzasında ölən üç nəfərin kimliyi məlum olub - YENİLƏNİB

Füzuli rayonunda üç nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi müəyyənləşib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə 6-cı Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı avtomobildə olan Qurbanov Nicat, onun qardaşı Qurbanov Ceyhun və Süleymanov Elçin hadisə yerində ölüblər.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan "KİA" markalı avtomobilin sürücüsü Qənbərov Bəndalı Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti ağır olan B.Qənbərov daha sonra Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

06:15
Füzuli rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır zəncirvari yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillər toqquşub.

Hadisə nətisində 3 nəfər həyatını itirib. Ölənlərdən ikisinin qardaş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi